RU

SpaceX i geridə qoyan OpenAI dünyanın ən bahalı özəl şirkəti oldu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"ChatGPT" çatbotunun yaradıcısı olan "OpenAI" şirkəti səhmlərin səhmdarlara ikinci satışına dair sazişini həyata keçirdikdən sonra dünyanın ən bahalı özəl şirkəti olub. Şirkətin dəyəri 500 milyard dollar təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Şirkətin iki ildən çox səhm sahibi olan əməkdaşlarına öz səhmlərini satmaq imkanı təqdim edilib. Ümumilikdə 6.6 milyard dollar məbləğində kağızlar satılıb, halbuki icazə 10.3 milyard dollara qədər satışı nəzərdə tutub.

Səhmlərin alıcısı "Thrive Capital", "SoftBank", "Dragoneer Investment Group", MGX və "T. Rowe Price" daxil olan investorlar konsorsiumu olub.

Qeyd edək ki, cari ilin aprelində tamamlanan investisiya raundunda "OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirilib.

"OpenAI"ın cari dəyər hesablaması onu dünyanın ən bahalı özəl şirkəti edib. Əvvəllər bu status 456 milyard dollar dəyərində qiymətləndirilən "SpaceX"ə aid idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
4
oxu.az

5Источники