RU

III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü medalsız başa vurublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət Azərbaycan komandası III MDB Oyunlarının ilk günündə medal qazana bilməyiblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma üzvlərinin hamısı bu gün mükafat qazanmaq şanslarını itiriblər.
Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar.
Qeyd edək ki, bu gün start götürən qılıncoynatma yarışları oktyabrın 7-də bitəcək.
Избранный
32
50
oxu.az

10Источники