RU

Daha bir qrup müharibə iştirakçısı üçün kiçik bizneslər yaradılıb

Özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Operativ Media-ya verilən  məlumata görə, verilən avadanlıqlar hesabına proqram iştirakçıları müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13 350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.

Избранный
71
operativmedia.az

1Источники