Özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, verilən avadanlıqlar hesabına proqram iştirakçıları müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13 350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.