RU

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə çiskin müşahidə ediləcəyi, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10

Избранный
25
49
ekologiya.az

10Источники