Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avtomobillərdəki dönmə siqnalları (sağa və sola işarələri) digər sürücülərə sürücünün zolaqları dəyişdirməsi, sağa-sola dönməsi və ya ötməsi barədə xəbərdar edən işıqlardır. Onlar sükan sütunundakı dönmə siqnalı qolu ilə işə salınır. Qolu yuxarı çəkmək sağ siqnalı, aşağı çəkmək sol siqnalı işıqlandırır.
Bu siqnallar hərəkətin təhlükəsizliyini təmin etmək və niyyətləriniz barədə digər sürücülərə məlumat vermək üçün istifadə olunur. Bu qısa məlumat Bakı yollarında bu işıqlardan istifadə etməyi unudan və ya heç bilməyən sürücülər üçündür.
Bəzən yollarda elə sürücülərlə qarşılaşırsan ki, “sürücülük vəsiqəsini sənə kim verib” deyə düşünürsən. Sağı yandırıb sola dönən, sol yandırıb düz gedən və yaxud işıqlardan heç istifadə etməyən yüzlərlə sürücü var. Bu sürücülər yolların hamı üçün olduğunu unudur və elə düşünürlər ki, digər sürücülər bunlara borcludur. Nəticədə, qəza baş verir…
Unutmamaq lazımdır ki, bu işıqlardan yol kəsişmələrində və ya yollarda sağa və ya sola dönərkən, çox zolaqlı yollarda və ya magistral yollarda zolaqları dəyişdirməzdən əvvəl həm zolağı tərk etmək, həm də öz zolağına qayıtmaq üçün nəqliyyat vasitəsini keçərkən istifadə olunur.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.