RU

Addainin qolu həftənin ən yaxşısı adına namizəd oldu - Video

style='margin-bottom:10px;'>

UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu nominasiyasına namizədləri açıqlayıb.

QOL.az xəbər verir ki, namizədlər sırasında "Qarabağ"ın futbolçusu Emmanuel Addainin ötən gün "Kopenhagen"in qapısına vurduğu qol da yer alıb. 

Addainin rəqibləri isə "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibaridir.

Qalib UEFA-nın saytında keçirilən səsvermədə müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" görüşündə Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Emmanuel Addainin qolunu aşağıdakı videonun 7.40 dəqiqəsindən izləyə bilərsiniz: 

Избранный
52
2
teleqraf.com

5Источники