RU

"Azərbaycan Sənaye Sığorta"nın yığımları 25% artıb

“Azərbaycan Sənaye Sığorta” ilk 8 ayda 21 milyon 662 min manat sığorta haqqı toplayıb.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, şirkətin yığımları illik müqayisədə 4 milyon 386 min manat (25,4%) artıb. Ötən il yığımlar 17 milyon 276 min manat idi.

Ödənişlər də 1 milyon 935 min manat (31,7%) artaraq 8 milyon 38 min manat olub. Ötən il ödənişlər 6 milyon 103 min manat olmuşdu.

Избранный
28
fed.az

1Источники