RU

Ermənistandan ziddiyyətli bəyanatlar eşidirik - Sabiq nazirdən AÇIQLAMA

Bu gün Avropa liderləri Danimarkanın paytaxtı Kopenhagendə toplaşır.  Avropa Siyasi Birliyinin toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da qatılıb.

Kopenhagendə iki lider arasında görüş keçirilib. Görüşün detalları hələlik məlum deyil.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, son zamanlar Ermənistan rəhbərinin ziddiyyətli açıqlamalarına aydınlıq gətirilməsi lazımdır:

“Axır vaxtlar Ermənistandan ziddiyyətli bəyanatlar eşidirik. Həmin ziddiyətli məsələlərə aydınlıq gətirmək lazımdır. Ələlxüsus ona görə ki, Ermənistan Baş nazirinin münaqişəyə aid siyasi ritorikası Moskva səfərindən dərhal sonra dəyişib. Bu, çox önəmli məsələdir. Biz bilirik ki, Ermənistan siyasəti ciddi şəkildə Rusiyanın təsiri altında formalaşır. Aydınlaşdırmaq lazımdır ki, nə baş verir və nəyə görə Ermənistanın ritorikası dəyişir".

Ermənistan Baş nazirinin ritorikasının dəyişməsinin səbəbini sabiq nazir belə izah edib:

"Konstitusiyaya dəyişiklik, Zəngəzur dəhlizi və sair mövzularda ritorikasını dəyişməsi onu göstərir ki,  Moskvada Paşinyana Tramp layihəsini keçirməyə icazə verməyiblər. Nə baş verdiyini izləmək lazımdır".

Избранный
20
3
modern.az

4Источники