X sosial şəbəkəsinin sahibi, SpaceX kosmik texnologiya istehsalçısı, süni intellekt hazırlayan xAI və Tesla-nın avtomobilinin istehsalçısı amerikalı sahibkar İlon Mask planetin sərvəti 500 milyard dollara çatan ən varlı insanı olub.
Forbes-in məlumatına görə, İlon Mask çərşənbə günü həmin həddi keçib. Moskva vaxtı ilə 22:30 onun sərvəti düz 500 milyard dollar qiymətləndirilib.
İlon Mask ilk dəfə 2021-ci ilin sentyabrında Forbes tərəfindən planetin ən zəngin insanı kimi tanınıb. O vaxtdan bəri o, bu statusu bir neçə dəfə itirsə də, sonradan onu bərpa edib.
P.Əmircanov
XQ