ABŞ Ukraynanı “Tomaqavk”, “Barakuda” və digər Amerika istehsalı olan 800 km mənzilli yerdən və havadan buraxılan raketlərlə təchiz etməyi düşünür.
Editor.az bu barədə Wall Street Journal-a istinadla xəbər verir.
“Administrasiya bu yaxınlarda Ukraynaya 150 ilə 280 mil arasında uçuş məsafəsi olan havadan buraxılan raketlərin, Uzadılmış Mənzilli Hücum Sursatlarının satışını təsdiqləyib”,-deyə bildirilib.
Məqalədə deyilir ki, yeni kəşfiyyat məlumatlarının daha güclü silahlarla birləşdirilməsi Ukraynanın Rusiyaya hücumlarını xeyli effektiv edə, onun enerji infrastrukturuna daha çox ziyan vura və hava hücumundan müdafiəni zəiflədə bilər.
//Gülnarə Abasova, Editor.az