RU

"Qarabağ"ın futbolçusu Məhəmməd Salah və Kilian Mbappenin nailiyyətini təkrarlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ" klubunun oyunçusu Abdullah Zubir beş məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna Danimarkanın "Kopenhagen" komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub.
Zubir ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridir.
İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappe, Almaniya təmsilçisi "Bavariya"nın üzvü Harri Keyn, İngiltərənin "Liverpul" kollektivindən Məhəmməd Salah, İtaliya "İnter"indən Lautaro Martines və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizman da bunu bacarıb.
Qeyd edək ki, "Qarabağ" ötən gün "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda iki cavabsız qolla üstələyib.
Избранный
13
4
oxu.az

10Источники