RU

Prezident “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım etdi


Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun “Kopenhagen” futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."

Избранный
28
49
baki-xeber.com

10Источники