RU

Elon Mask dünyanın ilk yarım trilyonçusu oldu

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Tesla"nın baş direktoru İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.

Bizimyol.info xəbər verir ki, "Forbes"in son milyarderlər siyahısına görə, Maskın sərvəti saat 22:30-da 500 milyard dollara çatıb.

Ticarət gününün sonuna Maskın sərvəti 499,1 milyard dollar səviyyəsində qeydə alınıb.

Maskın sərvətinin yüksəlməsinə "Tesla" səhmlərinin bərpası, həmçinin onun süni intellektlə işləyən "xAI" startapının və onun kosmik şirkəti "SpaceX"in yüksək qiymətləndirilməsi səbəb olub.

Elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmləri ilin əvvəlindən təxminən 14 faiz dəyər qazanıb.

Maskı "Forbes"in Milyarderlər Siyahısında "Oracle"ın qurucusu Larri Ellison və "Meta"nın qurucusu Mark Zukerberq izləyir.

2020-ci ilin avqustunda sərvəti 100 milyard dolları keçən Mask, təxminən 190 milyard dollar sərvəti ilə ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı adamı adını qazanıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
34
bizimyol.info

10Источники