RU

G7 Ukraynanın maliyyə problemlərinin həlli üçün Rusiya aktivlərini istifadə edəcək

BAKI, 2 oktyabr. TELEQRAF

Böyük Yeddilər” (G7) Ukraynanın maliyyə problemlərinin həlli üzrə müxtəlif variantları, o cümlədən Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını öyrənir.

Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

G7 ölkələrinin maliyyə nazirlərinin onlayn formatda keçirilən görüşünün yekunlarına dair bəyanatda bildirilir ki, tədbirlər hüquqi normalara uyğun həyata keçiriləcək.

Həmçinin qeyd olunur ki, tərəflər Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün “geniş spektrli” variantlar hazırlayır.

“Bu tədbirlər arasında Rusiyanın dondurulmuş suveren aktivlərinin tam dəyərinin koordinasiyalı şəkildə istifadəsi də nəzərdə tutulur”, – bəyanatda vurğulanıb.

Избранный
110
teleqraf.com

1Источники