RU

Fransada səfir faciəli şəkildə öldü

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Cənubi Afrika Respublikasının Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Nkosinathi Emmanuel Mthethwa Parisdə faciəli şəkildə vəfat edib. 

News24.az xəbər verir ki, o, qaldığı hotelin 22-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Məlumata görə, səfirin cəsədi ötən gün aşkarlanıb. Hadisədən əvvəl həyat yoldaşı ondan narahatedici mesaj alıb və dərhal polisə müraciət edərək itkin düşdüyünü bildirib.

Fransa mediasının yazdığına görə, Paris prokurorluğu səfirin qaldığı hotel otağında təhlükəsizlik sistemi ilə bağlı detalları araşdırıb. İlkin məlumata əsasən, otaqdakı təhlükəsizlik pəncərəsi məcburi şəkildə açılıb.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
news24.az

2Источники