RU

Bu il boks üzrə dünya çempionatı rekord mükafat fondu ilə keçiriləcək

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

2025-ci ildə Dubayda kişilər arasında keçiriləcək dünya çempionatının mükafat fondu 8.32 milyon dollar təşkil edəcək ki, bu da rekord məbləğ sayılır.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyası (IBA) məlumat yayıb.

Bildirilir ki, çempionatın hər bir qalibinə 300 min, hər bir gümüş mükafatçıya 150 min, hər bir bürünc mükafatçıya isə 75 min dollar veriləcək.

Qeyd edək ki, dünya çempionatı dekabrın 2-dən 12-dək keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
2
oxu.az

3Источники