AZ

Boks üzrə dünya çempionatının mükafat fondu 8.32 milyon dollar təşkil edəcək

2025-ci ildə Dubayda kişilər arasında keçiriləcək dünya çempionatının mükafat fondu 8.32 milyon dollar təşkil edəcək ki, bu da rekord məbləğ sayılır.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyası (IBA) məlumat yayıb.

Bildirilir ki, çempionatın hər bir qalibinə 300 min, hər bir gümüş mükafatçıya 150 min, hər bir bürünc mükafatçıya isə 75 min dollar veriləcək.

Qeyd edək ki, dünya çempionatı dekabrın 2-dən 12-dək keçiriləcək.

Seçilən
14
2
ikisahil.az

3Mənbələr