Ağdam. Trend:
Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarətialıb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlıqəsəbəsində baş verib.
Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdəyanğın baş verib. Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılovZibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 2013-cü iltəvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıqxəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib.Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərəkyaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb yanğının səbəbi araşdırılır.