Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 2-nə olan xronikasını təqdim edir.
- Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalınamüsahibə verib;
- Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhəninmüxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmənindaha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub.
- Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ermənilər uşaq bağçasına zərbələr endirib.
- Ermənilər cəbhə bölgəsində çəkiliş aparanjurnalistləri atəşə tutub.
- Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakimyüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb.Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətiniqıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nailolub.