RU

Kopenhagen in baş məşqçisinədən məğlubiyyət şərhi

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Meydanda gözlədiyim "Qarabağ"ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı. Biz isə zəif təsir bağışladıq. Nəticədə qol buraxdıq.

Modern.az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan çempionunun layiqli qələbə qazandığını bildirib: "İkinci hissədə vəziyyəti dəyişsək də qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi. Hesab heç-heçə də ola bilərdi".

O, "Qarabağ"ın əla komanda olduğunu söyləyib: "Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram. Uzun illərdir "Qarabağ"a rəhbərlik edir. Onlara gələcək oyunlarda da uğurlar arzu edirəm".

Yakob Neestrup Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: "Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var. Sonadək mübarizə aparacağıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
7
modern.az

9Источники