Bakı. Trend:
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun “Kopenhagen”futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.
Trend xəbərverir ki, paylaşımda deyilir:
"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlıqələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütünAzərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri iləilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davamedir."