RU

“Ferran Torres həm meydanda, həm də soyunma otağında vacib oyunçudur”

“Barselona”nın idman direktoru Deku klubun hücumçusu Ferran Torres barədə danışıb.

90deqiqe.Az-ın "Manchester Deportivo"ya istinadən məlumatına görə, o bildirib ki, Torres komandaya həm oyun zamanı, həm də soyunma otağında böyük töhfə verir:

“Ferran “Barselona” üçün çox şey verir. Yalnız meydanda deyil, həm də soyunma otağında. Düşünürəm ki, onun müqaviləsinin uzadılması barədə danışmaq hələ tezdir. Vaxtı gələcək”

Qeyd edək ki, 2022-ci ildə “Barselona” Torresi “Mançester Siti”dən 55 milyon avroya transfer edib. Cari mövsümdə La Liqada 25 yaşlı hücumçu 7 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Избранный
42
90deqiqe.az

1Источники