RU

Kobaxidze: 2030-cu ilədək Avropa İttifaqına üzv ola bilərik

BAKI, 1 oktyabr. TELEQRAF

“Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü yolu sabit və dönməz olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Hərtərəfli Azad Ticarət Zonası çərçivəsində bütün öhdəlikləri yerinə yetirməyə davam edirik. İnanırıq ki, 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq məqsədimiz realdır və buna nail olmaq mümkündür - təkcə buna can atdığımız üçün deyil, həm də düzgün olanı etdiyimiz üçün”, - baş nazir bildirib.

Kobaxidze əlavə edib ki, Gürcüstanın yolu avropalı, sülhsevər, prinsipialdır:

“Üzərimizə düşəni edirik və prosesə öz töhfəmizi veririk. İslahat səylərimizə və öhdəliklərimizə sadiqik, diqqətimizi istədiyimiz nəticələrə nail olmağa yönəltmişik”.

Избранный
29
teleqraf.com

1Источники