RU

Türkmənistanın beynəlxalq fəaliyyətləri müzakirə edildi

BAKI, 1 oktyabr. TELEQRAF

Türkmənistanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunmuş brifinqdə ölkənin əsas nailiyyətləri və beynəlxalq fəaliyyətləri müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Prezident Sərdar Berdiməhəmmədovun BMT Baş Assambleyasının 80-ci sessiyasında bəyan etdiyi strateji təşəbbüslərə xüsusi diqqət yetirilib. Ölkənin qlobal miqyasda sülhməramlı mövqeyinin möhkəmləndirilməsində mühüm addım olan “Neytral Türkmənistanın sülh və etimad siyasətinin hüquqi əsasları haqqında” Konstitusiya Qanununun qəbul edilməsinə toxunulub.

Brifinqin sonunda iştirakçılar Türkmənistanın müstəqillik qazandıqdan sonra əldə etdiyi mühüm nailiyyətləri əks etdirən fotosərgiyə və videoçarxa baxıblar.

Избранный
59
teleqraf.com

1Источники