RU

Ayxan Abbasov necə baş məşqçi təyin olunub? – bəs İK-nın iclası?

Ötən gün Ayxan Abbasovun ölkəmizin əsas futbol yığmasını çalışdıracağı təsdiqləndi. Daha doğrusu, bunu AFFA-nın saytında yer alan “bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb” cümləsindən sonra öyrəndik.

Axı baş məşqçi təyinatı AFFA İcraiyyə Komitəsinin iclasından sonra rəsmiləşir. İclas olub, sadəcə, ictimaiyyətə məlumat verilməyib, yoxsa heç olmayıb?

“Football-plus.az” bu sualla AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbəri Murad Axundova müraciət edib. Məlum olub ki, İcraiyyə Komitəsinin iclası olmayıb, yaxın zamanlarda isə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müqavilənin şərtləri, müddəti barədə də hansısa məlumat yoxdu.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
30
50
football-plus.az

10Источники