ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi sərt tənqid edib.
Hafta.az xəbər verir ki, Tramp onu “Putinə işləyən axmaq adam” adlandırıb. O bildirib ki, ABŞ-a qarşı nüvə ilə hədələmək qəbuledilməzdir.
Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-nin Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar “ehtiyat tədbiri” olaraq verilib:
“Biz insanların "nüvə" sözünü sağa-sola saçmasına imkan verə bilmərik”.
Medvedev isə Trampın açıqlamasına sosial şəbəkədə cavab verib:
“Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada pişik yoxdursa”.
O, ABŞ liderinin reaksiyasını “həddən artıq əsəbi” adlandırıb və Rusiyanın öz yolunda davam edəcəyini bildirib.