RU

Azərbaycandan turist axını 2.7% azaldı

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq 1 milyon 419,2 min nəfər olub.
Sherg.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,7 faiz, İrana gedənlərin sayı 1,5 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 30,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 41,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 8,8 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,5 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Избранный
28
9
sherg.az

7Источники