“Qarabağ” bu gün Çempionlar Liqasında Liqa mərhələsinin II turunda “Kopenhagen”i qəbul edəcək. "Bakuinfo" xəbər verir ki, bu, “atlılar”ın baş məşqçisi Qurban Qurbanov turnirin əsas mərhələsində 8-ci oyunu olacaq. Qurbanovun komandası buna qədər 7 görüşdə 1 qələbə qazanıb, 2 heç-heçə edib, 4 dəfə uduzub. “Qarabağ” onun rəhbərliyi altında turnirdə 5 xal toplayıb. Vurulan qollar 5, buraxılan isə 16-dır. “Kopenhagen”in çalışdırıcısı Yakub Neestrup üçünsə bu görüş ÇL-in əsas mərhələsindəki 14-cü matç olacaq. Danimarkalılar buna qədər 13 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 6 dəfə uduzub. Ümumi 11 xal toplayan “Kopenhagen” 13 qol vurub, 25-ni buraxıb. Maraqlıdır ki, Qurbanov əsas mərhələdə ilk oyunda İngiltərənin “Çelsi” klubuna 0:6, “Kopenhagen” isə “Mançester Siti”yə (İngiltərə) 0:5 hesabıyla uduzub. Bu gün keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa saat 20:45-də start veriləcək. Qurbanovlu “Qarabağ” ÇL-də: Benfika – Qarabağ 2:3Roma – Qarabağ 1:0Qarabağ – Çelsi 0:4Atletiko – Qarabağ 1:1Qarabağ – Atletiko 0:0Qarabağ – Roma 1:2Çelsi – Qarabağ 6:0 Neestrupun “Kopenhagen”i ÇL-də: Kopenhagen – Bayer 2:2Mançester Siti – Kopenhagen 3:1Kopenhagen – Mançester Siti 1:3Kopenhagen – Qalatasaray 1:0Bavariya – Kopenhagen 0:0Kopenhagen – Mançester Yunayted 4:3Kopenhagen – Bavariya 1:2Mançester Yunayted – Kopenhagen 1:0Qalatasaray – Kopenhagen 2:2Kopenhagen – Borussiya Dortmund 1:1Sevilya – Kopenhagen 3:0Kopenhagen – Mançester Siti 0:0Mançester Siti – Kopenhagen 5:0 (Futbolpress.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта