AZ

Qurban Qurbanov və Yakub Neestrupun ÇL gündəliyi

“Qarabağ” bu gün Çempionlar Liqasında Liqa mərhələsinin II turunda “Kopenhagen”i qəbul edəcək. "Bakuinfo" xəbər verir ki, bu, “atlılar”ın baş məşqçisi Qurban Qurbanov turnirin əsas mərhələsində 8-ci oyunu olacaq. Qurbanovun komandası buna qədər 7 görüşdə 1 qələbə qazanıb, 2 heç-heçə edib, 4 dəfə uduzub. “Qarabağ” onun rəhbərliyi altında turnirdə 5 xal toplayıb. Vurulan qollar 5, buraxılan isə 16-dır. “Kopenhagen”in çalışdırıcısı Yakub Neestrup üçünsə bu görüş ÇL-in əsas mərhələsindəki 14-cü matç olacaq. Danimarkalılar buna qədər 13 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 6 dəfə uduzub. Ümumi 11 xal toplayan “Kopenhagen” 13 qol vurub, 25-ni buraxıb. Maraqlıdır ki, Qurbanov əsas mərhələdə ilk oyunda İngiltərənin “Çelsi” klubuna 0:6, “Kopenhagen” isə “Mançester Siti”yə (İngiltərə) 0:5 hesabıyla uduzub. Bu gün keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa saat 20:45-də start veriləcək. Qurbanovlu “Qarabağ” ÇL-də: Benfika – Qarabağ 2:3Roma – Qarabağ 1:0Qarabağ – Çelsi 0:4Atletiko – Qarabağ 1:1Qarabağ – Atletiko 0:0Qarabağ – Roma 1:2Çelsi – Qarabağ 6:0 Neestrupun “Kopenhagen”i ÇL-də: Kopenhagen – Bayer 2:2Mançester Siti – Kopenhagen 3:1Kopenhagen – Mançester Siti 1:3Kopenhagen – Qalatasaray 1:0Bavariya – Kopenhagen 0:0Kopenhagen – Mançester Yunayted 4:3Kopenhagen – Bavariya 1:2Mançester Yunayted – Kopenhagen 1:0Qalatasaray – Kopenhagen 2:2Kopenhagen – Borussiya Dortmund 1:1Sevilya – Kopenhagen 3:0Kopenhagen – Mançester Siti 0:0Mançester Siti – Kopenhagen 5:0 (Futbolpress.az)

Seçilən
45
1
bakuinfo.net

2Mənbələr