RU

Harvard ABŞ hökumətinə 500 milyon dollar ödəyəcək – Tramp açıqladı


Harvard Universiteti və ABŞ Prezidenti Donald Trampın administrasiyası universitetin ​​təqribən 500 milyon dollar ödəməsi barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, universitet həmçinin peşə məktəblərində süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətmək üçün proqramlar həyata keçirəcək.
“Onlar təxminən 500 milyon dollar ödəyəcək və peşə məktəblərində insanlara süni intellekt və bir çox başqa şeylərlə qarşılıqlı əlaqə qurmağı öyrədəcəklər””, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası ilə Harvard Universiteti arasında münaqişə ən azı bu ilin yazından davam edir. Aprelin 15-də Tramp Harvard Universitetini siyasi təşkilat kimi təsnif etməyi və onun vergidən azad statusunu ləğv etməyi təklif edib. Təhsil Nazirliyi universitetə ​​verilən 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
Избранный
55
1
yeniavaz.com

2Источники