RU

“Kopenhagen”in futbolçusu Bakıda stadiondan gileyləndi

“Qarabağ”la qələbə qazanmağa çalışacağıq”.

Msport.az xəbər verir ki, “Kopenhagen”in qapıçısı Dominik Kotarski mətbuat konfransında deyib.

O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Ot örtüyü yaxşı səviyyədə deyil. Amma hər iki kollektiv eyni şəraitdə oynayacaq. Bunda hər hansı problem görmürəm. Sabah bizi ağır oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də başlayacaq.

Избранный
44
3
msport.az

4Источники