RU

Özbəkistan nümayəndə heyəti Xəzər Media Mərkəzi ilə tanış olub - FOTOLAR

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti Xəzər Media Mərkəzində olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, qonaqlara telekanalın fəaliyyəti, müxtəlif istiqamətlərdə həyata keçirilən yeniliklər, eləcə də rəqəmsal yayım imkanlarının tətbiqi barədə ətraflı məlumat təqdim olunub.

“Xəzər TV”nin studiyalarına keçirilən baxış zamanı nümayəndə heyəti Xəzər Media Mərkəzində yaradılan şərait, buradakı infrastruktur, qurulan dekorasiya sistemləri və televiziyanın texniki imkanları ilə yaxından tanış edilib.

Daha sonra Mərkəzdə fəaliyyət göstərən radiolar və onların yayımı ilə tanışlıq olub. “Xəzər Xəbər”in studiyasını ziyarət edən qonaqlara xəbər buraxılışlarının hazırlanma prosesi, redaksiya işinin təşkili, müasir texnologiyaların tətbiqi və xəbərin operativ şəkildə tamaşaçılara çatdırılması mexanizmi ilə bağlı məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb, ölkələr arasında audiovizual media sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nümayəndə heyətinin üzvləri göstərilən səmimi qəbula görə təşəkkür edərək, belə görüşlərin Azərbaycan və Özbəkistan arasında media əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

"Cebheinfo.az"

Избранный
26
4
cebheinfo.az

5Источники