RU

Argentinada kəndə naməlum obyekt düşüb

Argentinanın Çako əyalətinin Puerto Tirol şəhərində kənd ərazisinə naməlum silindrik obyekt düşüb.

Missiya.Az xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və bomba zərərsizləşdirmə qrupu cəlb olunub. Ərazi mühasirəyə alınıb.

Təxminən 1,7 metr uzunluğunda olan obyektin karbon lifindən hazırlandığı və zəhərli hidrazin maddəsi ilə çirklənə biləcəyi bildirilir.

Çako Polis İdarəsinin rəhbəri Fernando Romero obyektin kosmik mənşəli ola biləcəyini istisna etməyib. Hadisə ilə bağlı Argentina Hava və Kosmik Tədqiqatlar Mərkəzi (CIAE) araşdırma aparır.

Seyranə QuliyevaMissiya.Az

Избранный
36
missiya.az

1Источники