RU

ADAU-da növbəti təlim: kommunikasiya, ünsiyyət bacarıqları və komanda işi

Gəncə, 30 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaşların bilik və bacarıqlarının artırılması, peşəkar inkişaflarının dəstəklənməsi və əmək fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, həmçinin komanda işinin gücləndirilməsi və ümumilikdə universitetin strateji hədəflərinə nail olması məqsədilə təlimlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təlim ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov tərəfindən keçilib. O, təlim iştirakçılarına kommunikasiya və ünsiyyət bacarıqları, ictimaiyyətlə əlaqələr və imic, böhran kommunikasiyası, müasir PR alətləri və texnologiyaları mövzularında söhbət açıb. Bildirilib ki, bu sahədə keçilən təlimlər əməkdaşların kommunikasiya bacarıqlarını gücləndirir, media və ictimaiyyət qarşısında daha peşəkar çıxış etmələrinə imkan yaradır. Bu təlimlər böhran vəziyyətlərində düzgün informasiya siyasəti aparmağa, təşkilatın imicini qorumağa və sosial şəbəkələrdə effektiv fəaliyyət göstərməyə kömək edir. Nəticədə həm daxili, həm də xarici ünsiyyət keyfiyyəti yüksəlir, təşkilatın nüfuzu möhkəmlənir.

 

Избранный
59
1
azertag.az

2Источники