ABŞ Hərbi Hava Qüvvələri yüksək texniki xidmət xərclərinə görə beşinci nəsil F-22 Raptor qırıcısının istifadəsindən imtina edir.
Herbiand.az bildirir ki, bu barədə The National Interest nəşri yazıb.
Məlumata görə, F-22 ABŞ Hərbi Hava Qüvvələrinin indiyə qədər silahlanmasında olan ən güclü qırıcıdır. Xidmət illəri ərzində təyyarənin heç bir layiqli rəqibi olmayıb.
F-22-nin istehsalı 2012-ci ildə dayandırılıb. ABŞ Hərbi Hava Qüvvələri ilkin olaraq 750 təyyarə almağı planlaşdırsa da, ümumilikdə 187 təyyarə istehsal edilib.
İstehsal xətti bağlandıqdan sonra hər bir F-22-nin saxlanması xərcləri əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, daha sərfəli F-35 Lightning II-nin tətbiqi və Pentaqonun pilotsuz təyyarələrə keçməsi orduda F-22-lərin sayının daha da azalmasına səbəb olub.
Bəxtiyar CƏFƏRLİ