Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Bizim Cabirlə çoxdan münasibətimiz olub. Hər gün zəngləşirdik, hal-əhval tuturduq".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mərhum Əməkdar artist Cabir İmanovun dostu, müğənni Ceyhun Zeynalov deyib.
O bildirib ki, Cabir İmanovun vəfatı Azərbaycan mədəniyyəti və dostları üçün üçün ağır itkidir:
"Bizim hər birimiz üçün və dostlar üçün böyük itkidir. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi, necə ekranda görmüsünüzsə, həmişə gümrah idi".
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.