RU

“Sabah”ın legioneri: “Vurduğumuz qollardan ikisi sayılmadı”

"Matçdan öncə də bizi çətin oyunun gözlədiyini bilirdik".

Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib.

Cinah müdafiəçisi "Sumqayıt"la heç-heçə etdikləri Misli Premyer Liqasının VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, bu oyunda çox yaxşı çıxış elədik. 3 qol vurduq, daha çoxunu vura bilərdik. Təəssüf ki, bu qollardan ikisi sayılmadı və meydandan 3 xalla ayrıla bilmədik".

Polşalı oyunçu qalibiyyətə layiq olduqlarını söyləyib:

"Düşünürəm ki, qələbəyə layiq idik. İndi bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. İnanıram ki, növbəti oyunlarımızda hədəfimizə çata biləcəyik".

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" oyunu 1:1 hesabı ilə başa çatıb.

İdman.biz

Избранный
21
1
idman.biz

2Источники