RU

Latviyadan qadağa: “Rusiya və Belarusla sərhədlərindən ancaq müntəzəm avtobuslar keçəcək”

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 15-dən etibarən Latviyanın Rusiya və Belarusla sərhədlərindən yalnız müntəzəm avtobusların keçməsinə icazə veriləcək.

Hafta.az-ın yazdığına görə, Latviya Milli Avtomobil Nəqliyyatı Agentliyi (ANTA) sentyabrın 29-da xəbərdarlıq edərək, məhdudiyyətlərin Latviya qanunvericiliyində edilən son dəyişikliklərlə əlaqədar olduğunu açıqlayıb.

ANTA, oktyabrın ortalarından başlayaraq Latviyanın Patarnieki, Grebnevas və Terehova sərhəd keçid məntəqələrindən Belarus və Rusiya ilə birdəfəlik və müvəqqəti marşrutlara icazə verilməyəcəyini açıqlayıb. Daşıyıcılar sərhədi yalnız planlaşdırılmış reyslər üzrə keçə biləcəklər.

“ANTA nəqliyyat operatorlarına sərhəd-keçid məntəqələrində problemlərin qarşısını almaq üçün işlərini planlaşdırarkən yeni qaydaları nəzərə almağı tövsiyə edir”, - agentlik əlavə edib.

Избранный
35
hafta.az

1Источники