RU

“AzerGold”un ixrac gəlirləri 2 dəfə artıb

Bakı, 30 sentyabr, AZƏRTAC

2025-ci ilin yanvar-avqust aylarında “AzerGold” QSC 148 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 73 milyon dollar olub.

Избранный
66
2
azertag.az

6Источники