RU

Abbas Əraqçi: İrana hücuma bu ölkə də qoşulmuşdu

BAKI, 30 sentyabr. TELEQRAF

“ABŞ və Avropa ölkələri ilə İran arasında razılaşmaya gəlmək çətinləşib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“2025-ci ilin may-iyun aylarında Tramp administrasiyası tərəfindən nüvə danışıqlarını bərpa etmək üçün dəvət aldıq və qəbul etdik. Danışıqların beş raundu keçirilib, altıncı raund İsrailin bizə hücumundan iki gün əvvəl - iyunun 15-nə təyin edilmişdi, amma ABŞ bu hücumda ona qoşuldu. ABŞ ilə iki acı və xoşagəlməz təcrübəmiz oldu. Bir dəfə razılıq əldə olundu, amma geri çəkildilər. Bu il yenə danışıqlar apardıq və hücuma məruz qaldıq.

Keçən həftə ədalətli, balanslı və konstruktiv təkliflərlə bu böhranın diplomatik həllini tapmaq üçün Nyu-Yorka getdim. Amma bu təkliflər ABŞ və üç Avropa ölkəsi tərəfindən rədd edildi və sanksiyaların dərhal geri qaytarılması (tətik mexanizmi) məsələsinə müraciət olundu. Bu, problemləri daha da çətinləşdirdi”, - nazir bildirib.

Избранный
32
teleqraf.com

1Источники