RU

“Neftçi” yeni hücumçu ilə anlaşdı

Yay transfer dönəminin ən fəal klublarından olan “Neftçi” Premyer Liqada mövsümə uğursuz başlanğıc edib. Buna baxmayaraq, “ağ-qaralar” heyəti gücləndirməkdə davam edir.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi hücum xəttindəki problemi də yoluna qoymaq üzrədir. Çünki rəhbərlik siyahısındakı forvardlardan biri ilə danışıqlarda irəliləyişə nail olub.

Söhbət Nigeriya millisinin hücumçusu Ayzak Saksessdən gedir. 29 yaşlı ön xətt oyunçusu azad agent statusu daşıdığından, onun “Neftçi”yə keçidində hər hansı problem yoxdur.

Lakin futbolçu 2025-ci ilin əvvəlindən klubsuzdur. Çünki o, ötən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubundan ayrılıb. Bir müddətdir özünə yeni komanda axtaran Saksess “Neftçi” ilə müqavilənin şərtlərində ortaq məxrəcə gəlib. Onun tezliklə ölkəmizə gələrək, “ağ-qaralar”a qoşulması gözlənilir.

Qeyd edək ki, İspaniyanın “Qranada” klubunun yetirməsi olan Ayzak Saksess həmçinin “Malaqa”, İngiltərədə “Uotford” və İtaliyada “Udineze”nin formasını geyinib.

İdman.biz

Избранный
9
1
idman.biz

4Источники