RU

Polşa sovet qırıcılarını satışa çıxardı

Polşa özünün istismardan çıxarılan Sovet Su-22 qırıcı-bombardmançı təyyarələrini satışa çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə Defence24 məlumat yayıb.

"Polşanın Su-22M4 qırıcı-bombardmançı təyyarələri və Su-22UM3K təlimçiləri xidmətini başa vurub. On iki Su-22M4 və altı Su-22UM3K hələ də uçuşa yararlıdır. Rəsmi olaraq onların taleyi hələ məlum deyil", - məlumatda deyilir.

Nəşr qeyd edib ki, son vaxtlara qədər 14 Su-22M4 Swidwin aerodromunda saxlanılırdı. Təyyarənin bir neçə uçuş saatı qalsa da, lakin onların istismar müddəti xidmət müddətinin sonuna çatmışdı. Qırıcılar mövcud təyyarələr üçün ehtiyat hissələri donoru kimi istifadə edilib. Məlumata görə, artıq üç Su-22M4 satılıb.

Избранный
35
12
unikal.az

10Источники