RU

Aİ Rusiya diplomatik heyətinin səfərlərini məhdudlaşdırmaq istəyir

Aİ Rusiya diplomatik heyətinin səfərlərini məhdudlaşdırmaq istəyir

Avropa İttifaqı 19-cu sanksiya paketində yalnız Rusiya diplomatlarını deyil, bütün Rusiya diplomatik nümayəndəlikləri əməkdaşlarının Aİ daxilində hərəkətini məhdudlaşdırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "EUobserver" portalı Avropa Xarici Əlaqələr Xidmətinə (EEAS) istinadla məlumat yayıb.

Qadağalar konsulluq personalı, inzibati-texniki heyət və onların ailə üzvlərinə də şamil oluna bilər. Aİ diplomatik xidməti Rusiya diplomatlarının hərəkətləri barədə əvvəlcədən məlumat verməsini tələb etmək niyyətindədir. Portalın məlumatına görə, nəzərdə tutulan ölkəyə girişdən ən azı 24 saat əvvəl aidiyyəti orqanları məlumatlandırmaq lazımdır. Diplomatlardan həmçinin avtomobilin markası, tipi, nömrəsi, sərhəd keçid məntəqələri və giriş-çıxış tarixlərini bildirmək tələb olunacaq.

Qatar, avtobus və ya təyyarə ilə səfərlər zamanı isə daşıyıcı və marşrut haqqında məlumat təqdim edilməlidir. EEAS təklifinə görə, hər hansı bir Aİ ölkəsi sərhədin keçilməsini qadağan edə və ya əlavə icazə tələb edə bilər, səbəbləri açıqlamaq məcburiyyəti yoxdur.

"EUobserver" bildirir ki, Rusiya diplomatlarının səfərlərinin məhdudlaşdırılması təklifi ötən cümə günü Aİ səfirləri tərəfindən müzakirə olunub. Portalın mənbəsinə görə, ilkin reaksiyalar müsbət olub və təşəbbüs bu həftənin əvvəlində Aİ Şurasının ekspert səviyyəsində nəzərdən keçiriləcək.

Əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Çexiyanın təşəbbüsü ilə Aİ-də Rusiya diplomatlarının hərəkət azadlığı məhdudlaşdırılsa, Rusiyanın cavab tədbirləri qaçılmaz olacaq.

Избранный
63
afn.az

1Источники