RU

Nazirdən iki yeni təyinat

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna iki prorektor təyin edilib.

Ölkə.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Adilə Cəlal qızı Rzayeva Təlim-tərbiyə işləri üzrə, Rüfət Akif oğlu Hüseynli Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Adilə Rzayeva Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini, ixtisasca stomatoloq olan Rüfət Hüseynli isə Tibb Universitetinin ortopedik stomatologiya fakültəsinin dosentidir.

Xatırladaq ki, Nazim Pənahov 7 iyul 2025-ci il tarixli sərəncamla Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
16
olke.az

10Источники