Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan III MDB Oyunlarında ikinci qızıl medalını qazanıb
AZƏRTAC xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakini məğlub edərək III MDB Oyunlarının çempionu olub.