RU

Özbəkistanlı media nümayəndələri ilə Bakı Dövlət Universitetində görüş keçirilib

Bakı. Trend:

29 sentyabr tarixində ölkəmizdə səfərdə olan Özbəkistanlı medianümayəndələri ilə Bakı Dövlət Universitetində görüş təşkilolunub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Görüşdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanıVüqar Əliyev bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında bütünsahələrdə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksəksəviyyədədir. O, ortaq tarixə, dilə, mədəniyyətə malik iki ölkəninmedia sahəsində də birgə layihələr həyata keçirməsinin önəminivurğulayıb. Eyni zamanda qonaqlar jurnalistika sahəsi üzrə peşəkarkadrların hazırlanması istiqamətində görülən işlərlə tanış olublar.Diqqətə çatdırılıb ki, sözügedən ixtisasın sistemli şəkildəöyrədilməsinə postsovet məkanında məhz Bakı Dövlət Universitetindəbaşlanılıb və həmin ənənə bu gün də uğurla davam etdirilir.

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənovnümayəndə heyətinə Universitetin tədris, elmi fəaliyyəti,beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, son birneçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıqəlaqələrini daha da gücləndirərək əməkdaşlıq müqavilələriimzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyatakeçirib.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri CahangirMəmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasınınmüdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiyasiyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxışlarında iki ölkəarasında media sahəsində əməkdaşlığın ortaq maraqlara xidmətetdiyini diqqətə çatdırıblar.

Qonaqlar Özbəkistanda qəzet və onlayn xəbər saytlarının,informasiya agentliklərinin fəaliyyəti və təmsil etdikləri mediaorqanları barədə məlumat verərək iki ölkənin ali jurnalist təhsiliüzrə tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sonra qonaqlar fakültənin strukturu və ixtisaslaşmış otaqlarıilə tanış olublar.

Избранный
34
4
az.trend.az

6Источники