AZ

II Azərbaycan Özbəkistan Media Forumunda iştirak edən özbəkistanlı jurnalistlər BDU da olublar

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan özbəkistanlı jurnalistlərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir. O, ortaq tarixə, dilə, mədəniyyətə malik qardaş xalqlarımızın media sahəsində də birgə layihələr həyata keçirməsinin önəmini vurğulayıb. Daha sonra qonaqları Jurnalistika fakültəsinin peşəkar jurnalist kadrların hazırlanması istiqamətindəki fəaliyyəti ilə tanış edib. Bildirib ki, Jurnalistika fakültəsi postsovet məkanının universitetləri arasında ali jurnalistika təhsili verməyə başlayan ilk fakültədir.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov nümayəndə heyətinə universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, son bir neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxışlarında iki ölkə arasında media sahəsində əməkdaşlığın ortaq maraqlarımıza xidmət etdiyini diqqətə çatdırıblar.

Qonaqlar Özbəkistanda qəzet və onlayn xəbər saytlarının, informasiya agentliklərinin fəaliyyəti barədə danışıb, təmsil etdikləri media orqanları barədə məlumat verib, iki ölkənin ali jurnalist təhsili üzrə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sonra qonaqlar fakültənin strukturu və ixtisaslaşmış otaqları ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
azertag.az

6Mənbələr