RU

Agentlik sədri: KOB-larda yaşıl texnologiyanın tətbiqi mühüm rol oynayır  

İkinci ildir keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi gözəl bir platformaya çevrilib. Biz keçən həftə Nyu-Yorkda iqlim həftəsində iştirak etdik. Orada yaşıl iqtisadiyyatla bağlı üçün mühüm məsələləri müzakirə etdik.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən "Yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - KOB-lar diqqət mərkəzində" mövzusunda sessiyada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov deyib. O qeyd edib ki, KOB-larda səmərəli istehsal baxımından yaşıl texnologiyanın tətbiqi mühüm rol oynayır: "Burada üç məqamı qeyd etmək istərdim: məlumat çatışmazlığı, səriştələrin azalması və maliyyə məsələsini".

Agentlik sədri Azərbaycanda KOB evlərinin geniş yayıldığını bildirib. “Biz sahibkarlara, yeni biznes açanlarla təlimlər keçiririk. Sahibkarlar səmərəli istehsalla bağlı bir çox təcrübələrə yiyələnirlər”, - deyə O.Məmmədov əlavə edib.

O, agentliyin yaşıl təşəbbüsləri qrantlara dəstəklədiyini diqqətə çatdırıb. “2024-cü ildə ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub. COP29 çərçivəsində KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi imzalanıb”, - deyə O.Məmmədov bildirib.

Избранный
34
1
azerbaijan-news.az

2Источники