RU

“Xal qazanmasaq da, vəziyyətə acınacaqlı demək olmaz” Cavid Hüseynov da “Cəbrayıl”dadı?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci liqada 3-cü tur da arxada qaldı. Çempionatda hələ də xal qazanmayan bir komanda var ki, o da “Cəbrayıl”dı. Bəs komanda bu vəziyyətdən necə çıxacaq, 1-ci liqada yerini qoruya biləcəkmi? Cavid Hüseynov komandaya qayıda bilərmi, yoxsa birdəfəlik gedib? Bu sualları klubun rəhbəri Şahin Məmmədova ünvanladıq :

“Yaxşı məsələlərə toxunduz. Komandamız gəncdi, gənc kollektivdi. Ötən mövsümlə müqayisədə cəmi iki-üç oyunçu qalıb. Məşqlərimiz gedir, oyun üslubumuzu dəyişmişik. Məncə, potensiallı futbolçulardı. Legionerlərimiz də var. Oyunlarımız da yaxşı gedir. Mən, məşqçilər heyəti tam razı deyilik, amma normaldı. İlk üç turda oynadığımız rəqiblər də çətin idi, yaxşı futbol oynayırdılar. Təcrübəli futbolçuları var, məşq etməyə daha çox vaxtları olub. Bizdə təcrübəli futbolçuların sayı azdı, bu baxımdan çətinlik çəkirik. Məşqçilər heyətindən razıyam. Onlar da gəncdi. Xal qazanmasaq da, vəziyyətə acınacaqlı demək olmaz. Vaxt lazımdı ki, bu heyət öz üslubunu tapsın. Cavid müəllim isə komandadan heç vaxt ayrılmayıb. Klubun rəhbərliyindədi. Məşqçi kimi komandada işləməsi isə gündəmdə deyil”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
icma.az

2Источники